Meri bıçaqlayan şəxslərin kimliyi məlum oldu

Almaniyanın Herdecke şəhərinin yeni meri İris Ştalçerə edilən bıçaqlı hücumun təfərrüatları üzə çıxıb.
Adalet.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, hadisədən sonra merin övladlığa götürdüyü 15 və 17 yaşlı şəxslər polis tərəfindən saxlanılıb. İlkin araşdırmalara əsasən, hücumun siyasi motivlə bağlı olmadığı və ailədaxili münaqişə zəminində baş verdiyi ehtimal olunur.
Qeyd edək ki, 57 yaşlı İris Ştalçer sentyabrın 28-də keçirilən seçkilərin ikinci turunda qalib gələrək Herdecke şəhərinin meri seçilmişdi. O, ötən gün qarnından və belindən 13 bıçaq zərbəsi alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Digər Xəbərlər

Bu ölkədə skuterlər qadağan edildi

ABŞ-ın kəşfiyyat təyyarəsi Rusiya sərhədində dövrə vurdu

Misir "HƏMAS"a silahları təhvil verməyi təklif etməyib

ABŞ husilər və HƏMAS-a görə Çini hədəf aldı

Hakan Fidan: Qəzzada atəşkəslə bağlı danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub

Bununla ittifaqımızı parçalamaq istəyirlər - Leyen

Rusiya Ukraynanın itkilərini yenilədi
