30 Iyun 2025 12:22
162
İDMAN

Yamal ən yaxşı seçildi

Nüfuzlu “GiveMeSport” nəşri dünyanın ən yaxşı futbolçularının adlarını açıqlayıb.

Adalet.az xəbər verir ki, 25 futbolçunun daxil olduğu siyahiya İspaniyanın “Barselona” komandasında çıxış edən Lamin Yamal başçılıq edir.

Fransanın PSJ klubunun hücumçusu Usman Dembele ikinci, İngiltərə təmsilçisi “Liverpul”un futbolçusu Məhəmməd Salah isə üçüncü olub.

İlk “onluq”da həmçinin, Kilian Mbappe, Vinisius Junior, Cud Bellinqem (hamısı “Real Madrid”, İspaniya), Rafinya, Robert Levandovski, Pedri (hamısı “Barselona”) və Harri Keyn (“Bavariya”, Almaniya) yer alıblar.

Gürcüstan millisinin və PSJ-nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya isə reytinqin 24-cü pilləsində qərarlaşıb.

Siyahı tərtib olunarkən futbolçuların stabil çıxışı və geniş ictimaiyyət tərəfindən tanınmaları nəzərə alınıb.