30 Iyun 2025 17:58
846
SAĞLAMLIQ

Rusiyadan gətirilən soğan halqasında bakteriya aşkarlandı

"Mirtorq” MMC-nin Rusiyadan idxal etdiyi "Miratorq-Zapad" müəssisəsinin istehsalı olan 639 kq soğan halqası məhsulunda bakteriya aşkarlanıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Adalet.az-a verilən məlumata görə, agentliyin götürdüyü nümunələrin müayinəsi nəticəsində məhsullarda patogen bakteriya aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək məhsul partiyası məhv edilib.