Ronaldo məşqçi kimi fəaliyyət göstərməyəcək

Portuqaliya yığmasının və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldo karyerasını bitirdikən sonra məşqçi kimi fəaliyyət göstərməyəcək.
Adalet.az xəbər verir ki, futbolçu bu barədə klubun yutub kanalına açıqlamasında bildirib.
O, fərqli düşündüyünü və gələcəkdə məşqçi kimi işləmək istəmədiyini söyləyib.
Qeyd edək ki, Ronaldu "Əl-Nəsr"lə müqavilə müddətini 2027-ci ilə qədər uzadıb.