30 Iyun 2025 17:52
98
GÜNDƏM

“Sputnik-Azərbaycan”da əməliyyat keçirildi - Saxlanılanlar var + YENİLƏNİB

“Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında DİN araşdırmalara başlayıb.  

DİN-in Mətbuat Xidmətindən Adalet.az-a bildirilib ki, iyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var. 

Əlavə məlumat veriləcək.

***13:55

Hüquq-mühafizə orqanlarının “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilməsi ilə bağlı məlumat Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) tərəfindən təsdiqlənib. 

Adalet.az  xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən TASS-a bildirilib. 

"Təsdiq edirik. Əməliyyatla bağlı əlavə məlumat veriləcək", - deyə rəsmi açıqlamada qeyd olunub. 

***12:44

Hazırda “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir.

Adalet.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, polis ofisi nəzarətə götürüb.

Qeyd edək ki, bir müddət əvvəl “Sputnik-Azərbaycan”ın fəaliyyəti dayandırılmışdı.

Buna baxmayaraq, agentliyin fəaliyyətini davam etdirdiyi, əməkdaşların işə çıxdığı məlum olub.