Xorvatiya parlamentinin sədri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviçin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 8-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.
Adalet.az xəbər verir ki, sonra qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən xorvatiyalı parlamentarilərə Şəhidlər xiyabanının tarixi və şəhərdə həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Digər Xəbərlər

“Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən sammiti ciddi siyasi mesajdır”

Xəzəryanı ölkələr hərtərəfli strateji əməkdaşlıq sənədi imzalayıb

Azərbaycan və İspaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Qordan Yandrokoviç Sahibə Qafarovanı Xorvatiyaya dəvət etdi

İlham Əliyev Xorvatiya parlamentinin sədrini qəbul edib - FOTOLAR

“Prezident dəfələrlə bəyan etmişdi ki, Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir”

“Ermənistanın Gəncə terroru ilə Xocalı faciəsi arasında elə böyük fərq yoxdur”
