Qordan Yandrokoviç Sahibə Qafarovanı Xorvatiyaya dəvət etdi

"Xorvatiya və Azərbaycan iki tərəfdaş və dost kimi bütün səviyyələrdə əməkdaşlıq əlaqələrin dərinləşdirilməsi üçün davamlı olaraq yeni yollar axtarmalıdır. Bugünkü görüşdə biz bu məqsədə sadiqliyimizi bir daha təsdiq etdik".
Adalet.az xəbər verir ki, bunu Xorvatiya Parlamentinin sədri Qordan Yandrokoviç Milli Məclisin sədri Sahibə Qafarova ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
“Biz parlament əməkdaşlığının daha da gücləndirilməsinə xüsusi diqqət yetirmək istəyirik”, - deyə o vurğulayıb.
Dediyinə görə, Azərbaycana bugünkü səfəri Xorvatiya Parlamentinin gələcəkdə bu istiqamətdə yeni addımlar atmağa hazır olduğunun təsdiqidir:
“Milli Məclisin sədri və mən parlament komitələrimizlə dostluq qruplarımız arasında daha sıx əməkdaşlıq görmək arzusundayıq. Bilirik ki, parlamentlərimizi birləşdirməklə biz həm də xalqlarımızı və dolayısı ilə mədəniyyətlərimizi birləşdiririk”.
Q.Yandrokoviç bildirib ki, Milli Məclisin sədri Sahibə Qafarovanı, Xorvatiyaya səfərə dəvət edib.
“Ümid edirəm ki, biz Xorvatiya və Azərbaycan arasında strateji tərəfdaşlığı daha da inkişaf etdirməyə davam etmək üçün gələn ilin əvvəlində onu qəbul etməkdən şərəf duyacağıq”, - deyə spiker fikrini tamamlayıb.
Digər Xəbərlər

“Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən sammiti ciddi siyasi mesajdır”

Xəzəryanı ölkələr hərtərəfli strateji əməkdaşlıq sənədi imzalayıb

Azərbaycan və İspaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

İlham Əliyev Xorvatiya parlamentinin sədrini qəbul edib - FOTOLAR

“Prezident dəfələrlə bəyan etmişdi ki, Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir”

“Ermənistanın Gəncə terroru ilə Xocalı faciəsi arasında elə böyük fərq yoxdur”

Deputat beynəlxalq platformada Azərbaycanın sülh və tolerantlıq təcrübəsindən danışıb - FOTOLAR
