Belə getsə...

Hamı deyir ki, balam, ətin, yağın qiyməti niyə belə bahalaşıb? Amma bir adam demir ki, kəndlini yaman günə qoyan kimdir? Və kəndli nə üçün heyvan saxlamaq istəmir! Belə bir durumda olan ət nəinki bahalaşacaq, həm də qıtlıq yaranacaq! İndi də deyirlər ki, bəs Pakistandan ölkəmizə ət gətiriləcək.
Pakıstan qardaş ölkədir, bunu bilirik! Amma öz mal- qoyunlarımıza nə olub?Bizim heyvanların ətinin dadını heç bir xarici ölkənin əti verə bilməz. Və kəndlinin həyətindən mal- qoyun, toyuq- cücə səsi gəlmirsə, həyətində bostan- tərəvəz əkmirsə, heç ona kəndi demək olmaz! Çünki kəndlinin əlindən torpağı alıblar. Və o torpaqlar ayrı - ayrı varlı adamlara məxsusdur! Bir rayonda min hektarlarla əkin sahəsi olan adamlar var.
Ancaq alın təri ilə çörək qazanmaq istəyən kəndliyə beş hektar torpaq verilmir. Kəndlilər torpaq istəyəndə icra başçıları deyir ki,o torpaqlar 99 illiyə filan varlı adama icarəyə vermişik. Nə vaxta qədər ki, torpaqlar kəndliyə verilməyib, o vaxta qədər də ölkəmizdə ət bahalaşacaq, qıtlıq yaranacaq!
Emil Faiqoğlu
Digər Xəbərlər

Gömrük daxilolmalarında azalmanın səbəbləri nə ola bilər?

Pensiyalar ilə yeni qaydalar təsdiq olundu: pensiya məbləğlərinə necə təsir göstərəcək?

“İqtisadiyyatda gəlir gətirən sahələr kifayət qədər olanda...” - İqtisadçı
