Xarici maliyyə mənbələri ilə bağlı bank əməliyyatları sərtləşdirilir

Qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrdən irəli gələrək bank əməliyyatlarının və hər hansı digər əməliyyatların aparılması məhdudlaşdırılır.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edilib ki, bu dəyişiklik sadalanan xidmətlərdə şəffaflığın təmin edilməsi məqsədi daşıyır. Xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında qeydiyyata alınmamış müqavilə üzrə xidmətlər göstərən və ya işlər görən yaxud bununla əlaqədar maliyyə vəsaiti və (və ya) başqa maddi formada vəsaiti və (və ya) başqa maddi formada vəsait qəbul edilməsi müvafiq qaydada inzibati məsuliyyətə səbəb olacaq.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
Digər Xəbərlər

Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edildi

Multikulturalizm Mərkəzinin icraçı direktoru Misirdə beynəlxalq konfransda çıxış edib

İldırım Vəliyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verildi

Bu qaydalar təsdiqləndi

Komitə sədri vətəndaşların müraciətlərini dinlədi

Pakistan Milli Assambleyasının sədri "ASAN xidmət"də

Polis motokuryerlərə nəzarəti gücləndirdi - VİDEO
