Fransadakı səfirliyimizə hücum edən Tufanyanın cəzası ağırlaşdırıldı

Paris Apellyasiya Məhkəməsi 2022-ci ilin sentyabrında Azərbaycanın Fransadakı səfirliyinə hücumla bağlı Ermənistanın “Çarjum” hərəkatının üzvü Loris Tufanyanın cəzasını ağırlaşdırıb.
Adalet.az Report-a istinadən xəbər verir ki, Paris Apellyasiya Məhkəməsi şikayətə iyunun 10-da baxıb və bu gün iş üzrə qərar qəbul edib.
Məhkəmə Tufanyanı Azərbaycanın Fransadakı səfirliyinə hücumda təqsirli bilən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Buna əsasən, Tufanyana əlavə cəza - 5 il müddətinə icazə şərti ilə silah saxlama və ya gəzdirmə qadağası əlavə edilməklə, 12 ay şərti həbs cəzası (daha ağır cəza, çünki birinci instansiya məhkəməsinin qərarına görə, o, 6 ay şərti cəzaya məhkum edilib).
Bundan əlavə, məhkəmə iş materiallarını araşdırdıqdan sonra Tufanyanı bir qrup şəxs və ya ortaqlar tərəfindən ictimai istifadə üçün nəzərdə tutulmuş əmlaka ziyan vurmaqda təqsirli bilib. Belə ki, məhkəmə birinci instansiya ilə müqayisədə cinayətin ağırlığını qəbul edib.
Apellyasiya şikayəti birinci instansiya məhkəməsinin mülki iddiada, yəni onun barəsində maddi cəza təyin edilməsi ilə çıxardığı qərarı qüvvədə saxlayıb.
Digər Xəbərlər

Bakıda qadının evindən 10 kq narkotik aşkarlandı - VİDEO

Cinayətdə şübhəli bilinən 29 nəfər saxlanıldı

Cəbrayılda əməliyyat - Bir nəfər həbs edildi - VİDEO

Qayınatası tərəfindən öldürülən Günel müəllim imiş - VİDEO

DTX və DSX əməliyyat keçirdi - 42 kiloqram narkotik götürüldü - FOTO

Cinayətdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Körpə qızı ilə yatarkən qardaşı tərəfindən qətlə yetirildi - Bakıda dəhşətli cinayət
