Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşüb - FOTO

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 8-də ölkədə rəsmi səfərdə olan Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Adalet.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, görüşdə qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Pakistan qardaşlıq əlaqələrinin inkişaf dinamikası vurğulanıb.
İki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsindən məmnunluq ifadə olunub.
Parlamentlərarası əməkdaşlığın əhəmiyyəti qeyd edilərək Azərbaycan və Pakistanın qanunverici orqanları arasında qurulmuş qarşılıqlı faydalı əlaqələrin dövlətlərarası münasibətlərin hərtərəfli inkişafına müsbət töhfə verdiyi bildirilib.
Görüş zamanı həmçinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Digər Xəbərlər

Dəyirman öz işində, çax-çax baş ağrıdır… - Səxavət Məmməd yazır

Kəmaləddin Heydərov BMMT-yə üzv ölkələrin qurumlarının rəhbərləri ilə görüşdü - VİDEO

Azərbaycanla İordaniya arasında Saziş təsdiqlənib

İlham Əliyev Trampa başsağlığı verdi

Prezident onlara diplomatik rütbələr verdi - SƏRƏNCAM

Kəmaləddin Heydərovla Kurenkovla arasında ikitərəfli görüş olub - FOTO - YENİLƏNİB

Ülvi Quliyev növbəti vətəndaş qəbulu keçirdi - FOTOLAR
