Bakıda yerləşən bağçada nöqsanlar AŞKARLANDI

202 nömrəli körpələr evi-uşaq bağçasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən monitorinq aparılıb.
Adalet.az xəbər verir ki, bu barədə idarədən məlumat verilib.
Bildirilib ki, monitorinq zamanı müəssisədə bir sıra ciddi nöqsanlar aşkar edilib.
Müəyyən edilmiş nöqsanlara əsasən bağça müdirinin fəaliyyəti ilə bağlı qanunauyğun tədbirlərin görülməsi nəzərdə tutulur.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisəslərində uşaqların inkişafına xidmət edən öyrədici mühitin genişləndirilməsi, təlim-tərbiyə və idarəetmə işinin keyfiyyətinin yüksəldilməsi üçün sistemli islahatlar aparılır.
Digər Xəbərlər

Qarabağ Universitetində tibb fakültəsi açıldı - RƏSMİ

Qırmızı attestat alanların sayı açıqlandı

Magistraturaya qəbul imtahanlarının nəticələri ilə bağlı VACİB XƏBƏR
