Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı başlayır

Sentyabrın 18-də ölkəmizdə dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş XVII Beynəlxalq Musiqi Festivalı açılır.
Adalet.az xəbər verir ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Türk Mədəniyyəti və İrsi Fondu, eləcə də İCESCO-nun dəstəyi ilə reallaşacaq festival sentyabrın 28-dək davam edəcək.
Bakı, Sumqayıt, Şuşa, Gəncə, Ağcabədi, Naxçıvan və Qazax şəhərlərində keçiriləcək tədbirlər çərçivəsində möhtəşəm konsertlər, tamaşalar, sərgilər, elmi simpozium və ustad dərsləri təşkil olunacaq. Festivalda Azərbaycan musiqiçiləri ilə yanaşı Türkiyə, ABŞ, Almaniya, Fransa, İsveçrə, Koreya və digər ölkələrdən tanınmış ifaçılar və musiqişünaslar çıxış edəcəklər.
Digər Xəbərlər

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin -FOTOLAR

Memarlıq abidəsinin fasadına zərər yetirən metal konstruksiyalar sökülür

Türkiyənin ən gözəl turizm şəhərləri - FOTOLAR

Kuklaçılar festivala gedir

Monotamaşa: həyatın acı reallıqları və sənətkar həqiqəti

Gecə muzeylərindən sualtı macəralara: Türkiyənin ən yaxşı “Noctourism” təcrübələri – FOTOLAR

Axundovun klassik komediyası Türkiyənin İğdır şəhərində səhnələşdirilir
