Axundovun klassik komediyası Türkiyənin İğdır şəhərində səhnələşdirilir

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə İğdır şəhərində yaradılmış “Bir millət – iki dövlət” Azərbaycan-Türkiyə Gənclər Teatrının ilk tamaşası böyük Azərbaycan dramaturqu Mirzə Fətəli Axundovun "Müsyö Jordan və Dərviş Məstəli Şah" klassik komediyası olacaq.
Mərkəzdən verilən məlumata görə, hal-hazırda əsərin səhnələşdirilməsi məqsədilə məşqlər davam edir.
Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə yaradılan teatr öz repertuarında Azərbaycan-Türkiyə qardaşlığına, ortaq dəyərlərimizə, tariximizə, habelə Azərbaycanlı və Türkiyəli müəlliflərin bu istiqamətdəki əsərlərinə geniş yer verəcək.
Gələcəkdə teatr milli mədəniyyətimizi təbliğ edərək Türkiyənin həm İğdır, həm də digər bölgələrində mədəni proqramlarda iştirak etməyi
nəzərdə tutur.
Teatra rəhbərliyi Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin Teatr və mədəniyyətşünaslıq üzrə baş müəllimi, Azərbaycanın Əməkdar artisti, rejissor Tofiq Seyidov həyata keçirir.
Qeyd edək ki, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi bu kimi layihələri iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsi, milli mədəniyyətimizin təbliği, eləcə də “Bir millət – iki dövlət” şüarının müəllifi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik irsinin, Azərbaycan–Türkiyə qardaşlığının və Türk dünyasında həmrəyliyin təbliği məqsədilə həyata keçirir.
Digər Xəbərlər

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin -FOTOLAR

Memarlıq abidəsinin fasadına zərər yetirən metal konstruksiyalar sökülür

Türkiyənin ən gözəl turizm şəhərləri - FOTOLAR

Kuklaçılar festivala gedir

Monotamaşa: həyatın acı reallıqları və sənətkar həqiqəti

Gecə muzeylərindən sualtı macəralara: Türkiyənin ən yaxşı “Noctourism” təcrübələri – FOTOLAR

Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı başlayır
