Tramp İsrailə səfər edəcək
İsrail ABŞ Prezidenti Donald Trampın yaxın iki həftə ərzində ölkəyə planlaşdırılan rəsmi səfərinə hazırlıqlara başlayıb.
Adalet.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Məlumata görə, səfər İsrailin Müstəqillik Gününə təsadüf edəcək.
Proqram çərçivəsində Donald Trampın hər il keçirilən ənənəvi mərasimdə iştirakı və ona "İsrail Mükafatı"nın (Israel Prize) təqdim olunması gözlənilir.


Bakı -°C

