adalet.az header logo
  • Bakı -°C
09 Aprel 2026 11:43
136
DÜNYA
A- A+

"İran nüvə proqramından imtina edir..."

ABŞ prezidenti Donald Tramp Truth Social hesabında yazır ki, İranla nüvə proqramı üzrə danışıqlarda razılıq əldə olunub, Hörmüz boğazı açılır, lakin smerikan hərbiçiləri rəsmi imzalanma bağlanana qədər regionda qalacaqlar.

 "Real razılaşma əldə olunanadək, düşmənə istənilən zaman öldürücü zərbə endirmək üçün, Amerikan gəmiləri, təyyarələri və hərbiçiləri regionda qalacaqlar. Yalançı ritorukalara baxmayaraq, İran nüvə silahı hazırlamaqdan çoxdan imtina edib. Hörmüz boğazı isə açılacaq"- deyə ABŞ prezidenti bəyan edib.

 Tramp daha sonra əlavə edib ki, əgər razılaşma əldə olunmasa, onda İrana qarşı hərbi hücumlar əvvəlkilərdən daha güclü olacaq: "Birləşmiş Ştatların hərbi qüvvələri hələlik dinclərini alırlar və hərbi sursat ehtiyatlarını bərpa edirlər."

 Bildirilir ki, ABŞ dünən Hörmüz boğazının açılması şərtiylə, atəşkəs rejimini daha iki həftə uzatmaq qərarına gəlib. İran tərəfi razılaşma əldə olunması üçün 10 bəndlik şərtlərini ABŞ tərəfinə təqdim edib. 

 Reuters agentliyinin məlumatına görə, İran 9-10 apreldə Hörmüz boğazını hissə-hissə aça bilər.

 Rüstəm Hacıyev