"Putinlə görüşə hazıram"
Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinlə görüş ABŞ-da və ya Yaxın Şərqdə baş tuta bilər.
Adalet.az xəbər verir ki, o bu barədə İtaliyanın RAI radiostansiyasına müsahibəsində bildirib.
“Putinlə görüşə hazıram. Qətiyyən nə Moskvada, nə də Kiyevdə. Amma görüşmək üçün çox yer var - Yaxın Şərqdə, Avropada, ABŞ-da”,- Zelenski bildirib.
Ukrayna prezidenti ABŞ-nin iştirakı ilə davam edən danışıqlar prosesindən də bəhs edib və qeyd edib ki, bu proses əsasənYaxın Şərqdə cəmləşib.


Bakı -°C

