TDT Baş katibi İlham Əliyevə təşəkkür etdi

Tarix və müasirliyin qovuşduğu qədim Azərbaycan şəhəri Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü türk dövlətləri arasında dostluq, həmrəylik və tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi istiqamətində ümumi baxışı əks etdirmək üçün mühüm platforma oldu. Xüsusilə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin azad olunması, suverenliyinin və ərazi bütövlüyünün bərpası, eləcə də avqustun 8-də Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında imzalanmış Birgə Bəyannamə regional sülh və təhlükəsizlik məsələsini gündəliyimizdə daha da aktuallaşdırdı.
Adalet.az xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev TDT-nin Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü çərçivəsində mətbuat bəyanatında deyib.
O qeyd edib ki, bu tarixi hadisə Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün, sabitliyin və rifahın təmin olunması yolunda mühüm mərhələdir.
“Bu mühüm toplantının yüksək səviyyədə təşkilinə və səmimi qonaqpərvərliyə görə Prezident İlham Əliyevə, eləcə də Azərbaycan xalqına dərin minnətdarlığımı bildirirəm. Çünki bu Zirvə Görüşündə çox mühüm nəticələr əldə olunub.
Dövlət başçıları və xarici işlər nazirləri türk dünyasında əməkdaşlığı daha da dərinləşdirən və inkişaf etdirən qərarlar qəbul etmişlər. Əsas nəticə isə 12-ci Zirvə Görüşündə Qəbələ Bəyannaməsinin imzalanmasıdır. Bu sənəd gələcək əməkdaşlığımız üçün siyasi məsələlər, xarici siyasət, təhlükəsizlik, iqtisadi və sektorial inkişaf, xalqlar arasında əlaqələr və institusional koordinasiya istiqamətlərində yol xəritəsi müəyyən edir”, - deyə o əlavə edib.
Digər Xəbərlər

“Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən sammiti ciddi siyasi mesajdır”

Xəzəryanı ölkələr hərtərəfli strateji əməkdaşlıq sənədi imzalayıb

Azərbaycan və İspaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Qordan Yandrokoviç Sahibə Qafarovanı Xorvatiyaya dəvət etdi

İlham Əliyev Xorvatiya parlamentinin sədrini qəbul edib - FOTOLAR

“Prezident dəfələrlə bəyan etmişdi ki, Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir”

“Ermənistanın Gəncə terroru ilə Xocalı faciəsi arasında elə böyük fərq yoxdur”
