Tacir Şahmalıoğlu: “Əgər mən ölməklə sənətdə nəsə düzələcəksə…”

Son zamanlar Sahib İbrahimovla Manaf Ağayev arasında bitməyən qalmaqala Tacir Şahalıoğlu da qoşulub.
Adalet.az bildirir ki, T.Şahmalioğlu həmkarı S.Ibrahimovun sözləinə dəstək verməyənləri qınayb:
“Mən Sahibin açıqlamasına qulaq asdım, hə in verilişə baxmışdım. Bəlkə Sahib səhv deyir? Nə olardı ki, onun sözlərini inkar etmək əvəzinə dəstək olardılar… Təvazökarlıqdan uzaq olsa da deyəcəm, axı mənim sənət üçün etdiklərimi danmaq olmaz. Məcazi mənada deyirəm, əgər mən ölməklə bu sənətdə nəsə böyük dəyişiklik olacaqsa, razıyam onda məni ödürsünlər. Axı bu sənətə zərbə vurmamışam, əksinə töhfələr vermişəm. Sahiblə yaxın dostluğum yoxdur, amma həqiqəti söylədiyi üçün ona hörmətim artdı. Manafla da yaxşı münasibətim var, onun Sahibin sözlərinə belə reaksiya verəcəyini gözləmirdim”.
Qeyd edək ki, şou-proqramların birində S.İbrahimov T.Şahmalıoğlunun “məktəb”olduğunu söyləmişdi. İfaçı Manaf Ağayevlə, Əflatun Qubadovla TacirŞahmalıoğlunun ifalarının eyni olmadığını söyləmişdi. O, M.Ağayevi, Ə.Qubadovu yaxşı repertuarı olan sevilən müğənnilər, T.Şahmalıoğlunu isə sənətkar adlandırmışdı.Əflatun Qubadov bu açıqlamaya səssiz qalsa da, Manaf Ağayev bu fikri qəbul etməyib.
Əntiqə