"Türkiyə sülh danışıqlarında zəruri iştirakçıya çevrilir" -Ərdoğan

Türkiyə sülh danışıqlarında zəruri iştirakçıya çevrilir. Ankara öz gücünə inanır, bəyan etdiyi məqsədlərə doğru addımlar atır.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının tədbirində çıxış edərək bildirib.
Ərdoğanın sözlərinə görə, Türkiyə ona ehtiyac duyulduğu hər yerdə - Liviyadan tutmuş Azərbaycana qədər dost və qardaş xalqlara dəstək olub.
Türkiyə lideri ölkənin milli təhlükəsizliyi ilə bağlı çağırışlara diqqət çəkərək, vurğulayıb ki, “Türkiyənin yerləşdiyi bölgənin gələcəyində terrora yer yoxdur və ola da bilməz”.
O, qeyd edib ki, terrorla aparılan mübarizənin onillikləri Türkiyə üçün 2 trilyon dollar iqtisadi ziyanla nəticələnib. “Ölkəmizin çox sayda vətəndaşı terror hücumları nəticəsində həyatının ən gözəl çağında həlak olub. Ailələr dağıldı, uşaqlar yetim qaldı”, - deyə vurğulayıb.
Eyni zamanda siyasətçi qeyd edib ki, günü-gündən aydın olur ki, terror xəritəsi Türkiyə əleyhdarlarını istənilən nəticəyə yaxınlaşdırmır. “Əminəm ki, bu problemi aradan qaldırmaqla biz bütün regionun inkişafı üçün qapıları açacağıq”, - deyə Türkiyə lideri bildirib.
Digər Xəbərlər

İrandan Azərbaycanla Ermənistan arasındakı sülhə reaksiya

Ağ Evdən görüşlə bağlı paylaşım - VİDEO

"Sovet dövründəki sərhədlər bərpa edilməlidir" - Paşinyan

Putinlə görüş yerini və TARİXİNİ AÇIQLADI

Ermənistan və ABŞ yüksək səviyyəli danışıqlardan sonra üç sənəd imzalayıb

Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur

Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır - Ermənistanın Baş naziri
