Mehriban Əliyeva Azərbaycan xalqını TƏBRİK ETDİ

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ lideri Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanın Vaşinqtondakı görüşü ilə bağlı paylaşım edib.
Adalet.az xəbər verir ki, paylaşımda deyilir:
"Azərbaycan Prezidenti, Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistanın Baş naziri tərəfindən Birgə Bəyannamə imzalandı və sülh sazişi paraflanmaqla yekun sülh sazişi istiqamətində mühüm addım atıldı.
Bu tarixi hadisə münasibətilə xalqımızı təbrik edirəm!
Qoy, hər zaman sülh olsun! Torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman oğullarımıza Allah rəhmət eləsin! Uca Tanrı hər zaman doğma Azərbaycanımızı qorusun!".
Digər Xəbərlər

Sabah 37 dərəcə isti olacaq

DYP yük avtomobili sürücülərinə müraciət etdi

"Mənim 9 nəvəm var" - Trampın hədiyyəsinə İlham Əliyevin reaksiyası - VİDEO

Tramp Ağ Evin rəmzi açarını Prezident İlham Əliyevə təqdim edib

Trampla İlham Əliyevin maraqlı dialoqu - VİDEO

İlham Əliyev Paşinyandan tarixi sənədi imzaladıqları qələmi götürməyini istədi - VİDEO

İlham Əliyev: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
