09 Avqust 2025 07:49
132
SİYASƏT

"Bu, bizim sülh istədiyimizi açıq şəkildə nümayiş etdirir" - Prezident

Azərbaycanla Ermənistan arasında imzalanmış saziş bizim niyyətimizi - sülh istədiyimizi açıq şəkildə nümayiş etdirir.

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda jurnalistlərə müsahibəsində bildirib.

“Biz həm də qarşılıqlı əlaqə istəyirik. Biz bütün region üçün, Ermənistanın özü üçün çoxlu imkanlar açacaq təhlükəsiz dəhliz vasitəsilə ölkəmizin iki hissəsi arasında inteqrasiyanı istəyirik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.