Sərxoş halda sərnişin daşıyan avtobus sürücüsü həbs edildi

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı sərnişin daşıma fəaliyyəti ilə məşğul olan “İsuzu” markalı, 99-XO-187 dövlət qeydiyyat nişanlı avtobus nəzarət qaydasında Ekoloji nəzarət postunda saxlanılıb.
İdarədən Adalet.az-a verilən məlumatına görə, yoxlama zamanı nəqliyyat vasitəsini idarə edən, Ağcabədi rayonu sakini Əliyev Tural Hüseyn oğlunun alkoqollu içki qəbul etməsinə əsaslı şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən sürücünün sərxoş vəziyyətdə olduğu təsdiqlənib.
Sürücü barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə T.Əliyev 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Digər Xəbərlər

Yasamalda narkokuryerlər saxlanıldı - VİDEO

Daşkəsəndə 16 min manatlıq mal-qara oğurlandı

Bloger-jurnalist İlhami Nəsibov HƏBS EDİLDİ

Avtomobildə soyuq silah saxlayan sürücü həbs edildi - VİDEO

Bostan bitkilərinin arasında çətənə kolu yetişdirdi - Həbs olundu

Masallıda maskalı şəxs evə basqın etdi - Xəsarət alan var

Narkotik satışı ilə məşğul olan qardaşlar tutuldu
