İsrail səfiri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi

İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Ronen Krausz Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib.
Adalet.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.
"Səfir Ronen Krausz Fəxri xiyabanı ziyarət edərək Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq, professor Zərifə Əliyevanın məzarları üzərinə gül dəstələri qoydu. Daha sonra Şəhidlər xiyabanında Vətən uğrunda canından keçənlərin xatirəsini ehtiramla yad etdi",-məlumatda qeyd olunub.
Diqqətə çatdırılıb ki, diplomat, eyni zamanda, Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanı Albert Aqarunovun məzarını ziyarət edərək onun igidliyini və fədakarlığını dərin hörmətlə anıb:
"Bu səfər İsrail və Azərbaycanı birləşdirən ortaq dəyərlərin – yaddaşın, hörmətin və minnətdarlığın güclü bir təcəssümüdür".
Digər Xəbərlər

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs olundu - VİDEO + YENİLƏNİB

Bu yolda hərəkət 10 gün müddətinə tam məhdudlaşdırılacaq

Elçin Quliyev yeni generallara ali hərbi rütbələrini təqdim edib - FOTO

Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Dövlət Sərhəd Xidmətinin rəisi general polkovnik Elçin Quliyevə

İctimai yerdə dini ayin keçirən şəxslər həbs edildi

Rüşvətxorluğa qarşı yeni dövlət standartı qəbul edildi
jpg-1755501408.jpg)