Daşkəsəndə 16 min manatlıq mal-qara oğurlandı

Daşkəsəndə mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Adalet.az xəbər verir ki, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cari ilin iyul-avqust ayları ərzində ayrı-ayrılıqda 3 vətəndaşa məxsus ümumi dəyəri 16000 manat olan 6 baş iribuynuzlu heyvanı və 2 rəst atı oğurlamaqda şübhəli bilinən, E. Əliyev, R. İsgəndərov və A. Alışanov saxlanılıb.
İlkin dindirilmə zamanı saxlanılan şəxslər törətdiklər cinayət hadisəsini etiraf edərək vətəndaşa məxsus heyvanları satmaq məqsədi ilə oğurladıqlarını bildiriblər.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Digər Xəbərlər

Yasamalda narkokuryerlər saxlanıldı - VİDEO

Sərxoş halda sərnişin daşıyan avtobus sürücüsü həbs edildi

Bloger-jurnalist İlhami Nəsibov HƏBS EDİLDİ

Avtomobildə soyuq silah saxlayan sürücü həbs edildi - VİDEO

Bostan bitkilərinin arasında çətənə kolu yetişdirdi - Həbs olundu

Masallıda maskalı şəxs evə basqın etdi - Xəsarət alan var

Narkotik satışı ilə məşğul olan qardaşlar tutuldu
