18 Avqust 2025 16:50
79
GÜNDƏM

Elçin Quliyev yeni generallara ali hərbi rütbələrini təqdim edib - FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib.

Adalet.az-ın məlumatına görə, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev yeni generallara ali hərbi rütbələrini təqdim edib.

Qeyd edək ki, general-mayor Babək Qurbanova “general-leytenant”, polkovnik Ceyhun Nəbiyev və polkovnik Azər Şirinova isə “general-mayor” ali hərbi rütbəsi verilib.