Şagirdlərin attestat balı aşağı, buraxılış imtahanının nəticələri yüksək: Nə baş verir?

"Şagirdlərin attestat balı aşağı, buraxılış imtahanlarının nəticələri isə yüksək olur. Bu isə təhsil müəssisəsi ilə Dövlət İmtahan Mərkəzinin qiymətləndirmələri arasında ciddi fərqin olduğunu göstərir. Belə çıxır ki, məktəb şagirdin biliyini, bacarığını və davamiyyətini aşağı qiymətləndirir, DİM isə əksinə, yüksək qiymət verir".
Adalet.az xəbər verir ki, bu fikirləri Baku TV-nin "Aktual gündəm" verilişində təhsil eksperti Məzahir Məmmədli səsləndirib.
"Valideynlər etiraz edərək bildirirlər ki, məktəb onların övladlarının qiymətini bilərəkdən aşağı yazır. Ancaq eyni zamanda düşünmürlər ki, həmin uşaqları universitetə qəbul olunsun deyə məktəbdən ayırırlar. Məktəblər isə buraxılış imtahanlarında nəticələr yüksək olsun deyə bu hallara göz yumurlar", - deyə ekspert əlavə edib.
Ətraflı süjetdə:
Digər Xəbərlər

“Azərsun Holdinq” BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb - FOTOLAR

Bakıda yerləşən bağçada nöqsanlar AŞKARLANDI

Qarabağ Universitetində tibb fakültəsi açıldı - RƏSMİ

Qırmızı attestat alanların sayı açıqlandı

Magistraturaya qəbul imtahanlarının nəticələri ilə bağlı VACİB XƏBƏR

Azərbaycan Universiteti magistratura səviyyəsi üzrə ikili diplom proqramı təklif edir

TƏHSİLİMİZDƏ OLAN PROBLEMLƏR və ALTERNATİV METODOLOGİYA
