09 Iyul 2025 11:57
67
ELM VƏ TƏHSİL

“Azərsun Holdinq” BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb - FOTOLAR

“Azərsun Holdinq” Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində yaz semestrinin imtahan sessiyasında ən yüksək nəticə göstərmiş 6 tələbəyə təqaüd ayırıb.

Adalet.az xəbər verir ki, bu münasibətlə fakültədə keçirilən görüşdə BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bu təşəbbüsün milli mətbuatın yubileyi ərəfəsində həyata keçirilməsini sevindirici hal kimi qiymətləndirib.

Prorektor bildirib ki, universitet-sənaye işbirliyi BDU-nun fəaliyyətində əsas istiqamətlərdən biridir və bu sahədə müxtəlif qurumlarla ortaq layihələr icra olunur. O qeyd edib ki, “Azərsun Holdinq”in bu dəstəyi tələbələrin peşəkar jurnalist kimi formalaşmasına mühüm töhfə verəcək.