"Rusiyada azərbaycanlılara qarşı həyata keçirilən repressiv tədbirlər qəbuledilməzdir"

“Uzun müddətdir Ukrayna ilə müharibə vəziyyətində olan Rusiyanın repressiv rejiminə kim “dur” deyəcək? Regionun sülhə və sabitliyə ehtiyac duyduğu bir vaxtda bu cür hərəkətlər qəbuledilməzdir”.
Adalet.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu ifadə edib.
İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində həmvətənlərimizə qarşı törədilən qəddarlıqla bağlı danışan İSTAD sədri deyib:
“Rusiya Federasiyasında yaşayan türklərə, müsəlmanlara qarşı təzyiqlər, həyata keçirilən repressiv tədbirlər qəbuledilməz. Türk Dövlətləri Təşkilatı bu məsələdə təşəbbüs göstərməlidir. Türklərə qarşı həyata keçirilən bu amansız siyasətin lazımi cavabı verilməlidir”.
Digər Xəbərlər

Komitə: Saxta teleqram kanalının məlumatı ölkəmizə qarşı təxribatdır

İlham Rəhimovdan Yekaterinburqdakı qanlı hadisəyə SƏRT REAKSİYA

MM üzvü: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir

Yekaterinburqda həbs edilən azərbaycanlıların sayı 6-ya çatıb - FOTOLAR + YENİLƏNİB

AZAL Təl-Əvivə uçuşları bərpa edir
jpg-1751096579.jpg)
"Qərbi Azərbaycan" Sübhanini ağrıdarsa... Bəlkə öz ölkənə girən "paz"la ilgilənəsən?

DİN sürücü və valideynlərə xəbərdarlıq edib
