AZAL Təl-Əvivə uçuşları bərpa edir

Bu gündən milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı–Təl-Əviv–Bakı marşrutu üzrə uçuşları bərpa edir.
Bu barədə Adalet.az-a AZAL-dan bildirilib.
Xatırladaq ki, reyslərin müvəqqəti dayandırılması Yaxın Şərqdəki gərgin vəziyyət və bunun nəticəsində bir sıra ölkələrin hava məkanının bağlanması ilə bağlı idi. Hazırda bölgədə vəziyyətin sabitləşməsi Azərbaycan və İsrail arasında təhlükəsiz hava nəqliyyatının bərpasına imkan verir.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək olar.
Digər Xəbərlər

Komitə: Saxta teleqram kanalının məlumatı ölkəmizə qarşı təxribatdır

"Rusiyada azərbaycanlılara qarşı həyata keçirilən repressiv tədbirlər qəbuledilməzdir"

İlham Rəhimovdan Yekaterinburqdakı qanlı hadisəyə SƏRT REAKSİYA

MM üzvü: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir

Yekaterinburqda həbs edilən azərbaycanlıların sayı 6-ya çatıb - FOTOLAR + YENİLƏNİB
jpg-1751096579.jpg)
"Qərbi Azərbaycan" Sübhanini ağrıdarsa... Bəlkə öz ölkənə girən "paz"la ilgilənəsən?

DİN sürücü və valideynlərə xəbərdarlıq edib
