"Rusiyada azərbaycanlılara işgəncələrin verilməsi beynəlxalq hüququn pozulmasıdır" - Baş Prokurorluq

"Rusiyada yaşayan azərbaycanlıların hüquqları pozulub".
Adalet.az xəbər verir ki, bunu Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Samirə Nəcəfzadə Baş Prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Rusiyada yaşayan azərbaycanlılara işgəncələrin verilməsi beynəlxalq hüququn pozulmasıdır:
"Beynəlxalq müqavilələrlə işgəncələr qadağan edilib. Azərbaycan Avropa İnsan Haqları Konvensiyasının üzvü olsa da, Rusiya bu konvensiyadan çıxıb. Orada yaşayan azərbaycanlıların hüquqları pozulub".
Digər Xəbərlər

MƏHKƏMƏ: Kəlbəcərin işğalı zamanı mülki əhalinin atəşə tutulması ilə bağlı ifadələr dinlənilib

"Mahir ay brat" azadlığa buraxıldı

Ermənistanın işğal zamanı mülki əhalini, uşaqları atəşə tutması ilə bağlı ifadələr dinlənildi

KTN-nin vəzifəli şəxslərinin məhkəmələri başlayır

"Səfərov qardaşları postravmatik və posthemorrogik şokdan vəfat ediblər" - Müstəntiq

"Rusiyanın aidiyyəti qurumlarına tapşırıq göndərmişik" - Nemət Əvəzov

"Baş Prokurorluq olaraq vəzifə borcumuzdur ki, bunu araşdıraq" - İlqar Səfərov
