"Baş Prokurorluq olaraq vəzifə borcumuzdur ki, bunu araşdıraq" - İlqar Səfərov

"Əgər Azərbaycan vətəndaşları xüsusi amansızlıqla qətlə yetirilibsə, onlara qarşı zorakılıq tətbiq olunubsa, Baş Prokurorluq olaraq vəzifə borcumuzdur ki, bunu araşdıraq".
Adalet.az xəbər verir ki, bunu Baş Prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair mətbuat konfransı zamanı Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov deyib.
O deyib ki, Rusiya hüquq-mühafizə orqanlarının hələlik rəsmi mövqeyini görə bilməyiblər:
“Əksinə Rusiya mətbuatında ölüm hallarının xəstəliklə əlaqələndirilməsini görürük. Amma biz Azərbaycanda nəşləri ekspertiza etdikdə gördük ki, onların ölümünü təbii adlandıra bilmərik. Hesab edirik ki, Rusiya hüquq-mühafizə orqanlarının hadisə ilə bağlı rəyi fərqli olacaq”.
Digər Xəbərlər

MƏHKƏMƏ: Kəlbəcərin işğalı zamanı mülki əhalinin atəşə tutulması ilə bağlı ifadələr dinlənilib

"Mahir ay brat" azadlığa buraxıldı

Ermənistanın işğal zamanı mülki əhalini, uşaqları atəşə tutması ilə bağlı ifadələr dinlənildi

KTN-nin vəzifəli şəxslərinin məhkəmələri başlayır

"Səfərov qardaşları postravmatik və posthemorrogik şokdan vəfat ediblər" - Müstəntiq

"Rusiyanın aidiyyəti qurumlarına tapşırıq göndərmişik" - Nemət Əvəzov

"Rusiyada azərbaycanlılara işgəncələrin verilməsi beynəlxalq hüququn pozulmasıdır" - Baş Prokurorluq
