"Azərbaycan-İran əlaqələrində yeni səhifə açılıb" - Pezeşkian

Azərbaycan-İran əlaqələrində yeni səhifə açılıb.
Adalet.az xəbər verir ki, bunu iyulun 4-də Xankəndidə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə deyib.
İran İslam Respublikasının Prezidenti də İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırdı.
Azərbaycana rəsmi səfərini və keçirilmiş görüşləri məmnunluqla xatırlayan Məsud Pezeşkian səfərin nəticəsi olaraq Azərbaycan-İran əlaqələrində yeni səhifənin açıldığını vurğuladı, bu xüsusda, artıq Bakı ilə Tehran, Bakı ilə Təbriz arasında təyyarə reyslərinin artırılmasını, Ağbənd-Kəlalə avtomobil yolu körpüsünün tikintisi istiqamətində işlərin aparılmasını qeyd etdi və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxundu.
İran Prezidenti İsraillə baş vermiş qarşıdurma zamanı Azərbaycanın göstərdiyi dəstəyə və həmrəyliyə görə minnətdarlığını bildirdi.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə, həmçinin ECO çərçivəsində əlaqələrin genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıldı.
Digər Xəbərlər

İlham Əliyev Xankəndidə keçirilən 17-ci Zirvə görüşündən görüntülər PAYLAŞDI

Məsud Pezeşkianın Azərbaycana səfəri başa çatıb

Emoməli Rəhmonun Azərbaycana səfəri başa çatdı

Ərdoğan: Türkiyə bundan sonra da Azərbaycanın yanında olacaq

Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTOLAR

Prezident İsrail-İran qarşıdurmasında Azərbaycanın mövqeyini AÇIQLADI

Azərbaycan və İran prezidentlərinin görüşü olub - FOTO - YENİLƏNİB
