"Səfərov qardaşları postravmatik və posthemorrogik şokdan vəfat ediblər" -Müstəntiq

Hüseyn və Ziyəddin Səfərov qardaşlarının ölümü ilə bağlı müxtəlif xəstəliklər göstərilsə də, hər iki şəxsin dəfn edilməsi üçün Azərbaycana gətirilmiş nəşləri Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən müayinə aparılması üçün ekspertizaya təqdim olunub. Peşəkar həkim tibbi-ekspertlərinin, prokurorluğun vəzifəli şəxslərinin iştirakı ilə meyitlər müayinə edilib.
Adalet.az xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqi Pərviz Cəlilov Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin Rusiya Federasiyasında işgəncəyə məruz qalmaları və xüsusi amansızlıqla qəsdən öldürülmələri ilə bağlı Baş Prokurorluqda keçirilən brifinqdə deyib.
O qeyd edib ki, artıq bununla bağlı Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov tərəfindən ekspertizanın nəticələri açıqlanıb: "Hər iki şəxsin meyitinin daxili və xarici müayinəsi zamanı çoxsaylı xəsarətlər, sümüklərin yerdəyişmiş sınıqları, daxili orqanların zədələnməsi halları aşkar edilib. Bu da həmin şəxslərin saxlanılma və daşınması zamanı geniş şəkildə fiziki zorakılığa məruz qaldığını bir daha təsdiq edir. Ekspertizanın rəyinə əsasən, Səfərov qardaşlarının hər biri postravmatik və posthemorrogik şokdan vəfat ediblər ki, bu da çoxsaylı fiziki xəsarətlər nəticəsində baş verib”.
Digər Xəbərlər

İraq Ali Məhkəməsinin sədri Azərbaycanda səfərdədir

Qazinin arvadının binadan yıxılaraq ölməsi ilə bağlı cinayət işi başlanıldı

Xocalı soyqırımında körpə övladları ilə girov götürülmüş qadın danışdı

Baş prokuror Zaqatalada vətəndaşları qəbul edəcək

Zərərçəkmişlər erməni cinayətlərindən danışdı, Vardanyan dinlədi - FOTOLAR

Nuranə Məcidovanın ölümü ilə bağlı araşdırma aparılır - Baş Prokurorluq

"Sputnik Azərbaycan" rəhbərliyi ilə bağlı qərar dəyişmədi
