Rusiya -Ukrayna danışıqları uğurla nəticələnə bilərmi?.. - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
155 | 2025-05-15 12:17

 Rusiya və Ukrayna bu gün üç il bundan əvvəl dayandlrılmış münaqişənin nizamlanması ilə bağlı danışıqları davam etdirə bilərlər. Xəbər verildiyi kimi, Rusiya prezidenti Vladimir Putin, əvvəlcədən heç bir şərt qoyulmadan İstanbulda Kiyevlə danışıqlara başlamağa hazır olduğunu bəyan etmişdir. Bu bəyənatın ardınca Ukrayna prezidenti Volodimir Zelenski də bəyənat verərək, mayın 15-də RF-nın prezidenti ilə görüşməyə razı olduğunu bildirmişdi.

 Lakin, sonradan məlum oldu ki, Rusiya prezidenti İstanbula gəlməyəcək, Rusiyanı bu danışıqlarda prezidentin rəsmi nümayəndəsi Vladimir Medinskinin rəhbərlik etdiyi nümayəndə heyyəti təmsil edəcək.

 KİV-lərin yaydıqları məlumatlara görə, Ukrayna tərəfini prezident ofisinin rəhbəri Andrey Yermakın rəhbərlik etdiyi nümayəndə heyyəti təmsil edəcək.

 Rusiya tərəfi hesab edir ki, nümayəndələrin görüşündə, kollektiv təhlükəsizlik və ərazilərin məxsusluğu, Rusiya-Ukrayna danışıqlarının mərkəzi məsələsi ola bilər. 

 Siyasi ekspertlərin fikirincə, İstanbul danışıqları hazırki reallıq nəzərə alınmaqla, 2022-ci ildə İstanbulda dayandırılmış görüşlərin davamı olmalıdır. Nəzərə alınsa ki,  Ukraynanın Luqask, Doneck, Xerson və Zaparojye vilayətləri həmin vaxt Rusiya Federasiyasının ərazilərinə birləşdirilməmişdi. Lakin ötən zaman ərzində Rusiya işğal etdiyi bu əraziləri , beynəlxaq səviyyədə tanınmasa da, öz ərazilərinə birləşdirib. Məhz buna görə, ərazilərin məxsusluğu danışıqların mərkəzi məsələsinin olacağı ehtimal olunur.

 Maraqlıdır ki, Rusiya Federasiya Şurasının beynəlxalq əlaqələr komitəsinin rəhbəri Vladimir Cabarov bildirir ki, işğal etdikləri və sonradan öz ərazilərinə birləşdirdikləri Donetsk, Luqansk, Xerson və Zaparojye vilayətləri, Konstitusiyaya görə, Rusiyanın əraziləri hesab olunur. Ukrayna əsgərlərinin bu ərazilərdə olması işğalçılıq kimi qiymətləndirilməlidir. (?..) Cabarov anlamaq istəmir ki, Beynəlxaq hüquq işğala əldə olunmuş  əraziləri heç bir halda tanımır və tanımayacaq. 

 Və bir də, Ukrayna hakimiyyəti heç vaxt işğal olunmuş ərazilərindən imtina etdiyini bəyan etməyib. Bu isə o deməkdir ki, rəsmi Kiyev Donetsk, Luqansk, Xerson və Zaparojye vilayətlərini Rusiyanın ərazisi kimi tanımır.

 Belə olan halda, ərazi məsələsinin müzakirələri, sülh prossesini yenə də başlamamış  dayandıra bilər. Bundan başqa, Ukrayna tərəfi də, hələ ki, müharibənin başlanmasına əsas səbəblərdən biri olan, NATO-ya inteqrasiya kursundan imtina etməyib və bu da Rusiya tərəfindən sülh danışıqlarının pozulmasına  səbəb ola bilər. 

 Beləliklə, əvvəlcədən də proqnozlaşdırıldığı  kimi, qarşılıqlı ittiham və tələblər sülh prossesinin baş tutmamasına səbəb ola bilər. 

 Hər halda, ümid edək ki, sülh danışıqlarında ən azından atəşin dayandırılmasına nail olunacaq. Qalan məsələlərin həlli istiqamətində danışıqlar prossesi davam etdiriləcək...

 

TƏQVİM / ARXİV