ABŞ və İran çərçivə sazişi imzalaya bilər - Politoloq
“ABŞ və İran arasında ikinci raund danışıqları başlamamış razılaşmalar əldə edilir. Təbii ki, Vaşinqtonun İrana iqtisadi və hərbi təzyiqləri İranı geri addım atmağa sövq edir. Xüsusilə, ABŞ -ın Hörmüz boğazında İran gəmilərinə blokada tətbiq etməsi öz müsbət nəticələrini verdi. Artıq İran Hörmüz boğazının açıq olduğunu və heç bir rüsum tələb edilmədiyini elan etdi. Təbii ki, rəsmi Tehran bunu Livanda Hizbullaha qarşı İsrailin atəşkəsi ilə bağladı.İran nüvə zənginləşdirməsini dayandırır və ABŞ -la razılaşma əldə edib”.
Adalat.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Pakistanın vasitəçiliyi ilə əldə olunan razılaşmalar qüvvədə olacaq:
“ABŞ prezidentinin dediklərindən belə qənaətə gəlmək olur ki, İran ABŞ şərtlərini qəbul edir. Bunun müqabilində ABŞ İrana qarşı sanksiyalara aradan qaldıra və dondurulmuş aktivləri İrana verə bilər. ABŞ və İran arasında uzun müddətli bir Çərçivə sazişinin bağlanması mümkündür.İranın burada qazandığı yalnız rejimin devrilməməsi və sanksiyaları aradan qaldırılması fonunda ölkə iqtisadiyyatının inkişafı olacaq”.
Politoloq deyib ki, İran müharibəsiz bu şərtlərlə razılaşa bilərdi:
“ABŞ Yaxın Şərqdəki bazaları sıradan çıxdı. Başda Səudiyyə Ərəbistanı olmaqla körfəz ərəb ölkələri ABŞ etimad etməyəcək. Əlavə təhlükəsizlik çətiri axtarışında olacaqlar. Yaxın Şərqdə ABŞ və İran razılaşma əldə etsə də, Vaşinqtonun bu regionda mövqeyinə ciddi zərbə dəydi. Bu müharibədə qazanmayan tərəf isə, İsraildi. İsrailin Baş naziri B.Netanyahu növbəti seçkilərdə məğlub olacaq. Görünür, onu İsrailin toxunulmazlığını aradan qaldırdığı üçün həbsxanaya göndərə bilərlər. Çünki, İranın İsrsilə atdığı hər bir ballistik raket və PUA-lar İsrailin siyasi sferasında da partlayışlar edib”.
M.Əsədullazadə bildirib ki, bundan sonra regionda Türkiyə, Pakistan və Misir İttifaqı qurulacaq:
“Səudiyyə Ərəbistanı da bu sistemə daxil olması və yeni bir siyasi nizam yaranacaq.İran Türkiyə, Azərbaycan və Pakistan kimi dost və etimad ediləsi bir ölkəni də gördü. Hər üç ölkə İranla bağlı siyasətində Tehranla daima təmasda oldular. İran siyasi -hərbi rəhbərliyi bu üç ölkə ilə siyasətlərində korrektler etməlidir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
21 Aprel 2026 20:35
NATO Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
21 Aprel 2026 20:27
Latviya Prezidenti Azərbaycana gəldi - FOTOLAR
21 Aprel 2026 19:13
Sahibə Qafarova və Toni MakKormak Azərbaycan-Ermənistan sülh prosesini müzakirə ediblər
21 Aprel 2026 13:18
Vüqar Gülməmmədov Milli Məclisdə hesabat verdi - YENİLƏNİB
21 Aprel 2026 12:49
Zahid Oruc: "Palatanın hesabatı çox mühüm sənəddir"
21 Aprel 2026 11:59
Belçika və Niderland parlamentlərinin qətnamələrinə etiraz edildi
21 Aprel 2026 11:47
İranda köhnə ruhani elitası darmadağın olub – Politoloq
21 Aprel 2026 11:28


Bakı -°C

