Barat Yusubov işdən çıxarıldığını mediadan öyrəndi: Mənə heç nə deyilməyib
"İşdən çıxarılmağımla bağlı məlumatı sosial mediadan eşitdim, amma buna dair rəsmi bir bildiriş olmayıb".
Adalet.az xəbər verir ki, bu barədə Bakıvaxtı.az-a "Yeni Klinika"nın direktoru Barat Yusubov işdən çıxarılmağına dair iddialara münasibət bildirərkən söyləyib.
O qeyd edib ki, məsələ ilə bağlı TƏBİB-dən hər hansı bir bildiriş, göstəriş gəlməyib:
"Sosial mediada yayılan məlumata görə, TƏBİB-ə müraciət edəsi deyiləm. Hər halda belə məsələ olsa idi, mənə də bildirilərdi. Bu gün saat 6-ya qədər işdə olmuşam, sabah da saat 9:00-da işdə olacağam".
Qeyd edək ki, "Yeni Klinika"nın direktoru Barat Yusubov vəzifəsindən azad edildiyi bildirilir. Bakupost.az-ın yaydığı məlumata görə, bununla bağlı TƏBİB-in icraçı direktoru Anar Bayramov tərəfindən müvafiq əmr imzalanıb.Məlumata əsasən, Barat Yusubovun ərizəsi bir müddət əvvəl alınıb və bu gün rəsmiləşdirilib.
Digər Xəbərlər
21 Aprel 2026 20:12
Hesablama Palatası bu qurumlarda nöqsanlar aşkarladı
21 Aprel 2026 19:42
Ombudsman Aparatının nümayəndələri HHQ-nin hərbi hissəsində olublar
21 Aprel 2026 19:34
Bu marşrut üzrə bütün avtobuslar yenilənir
21 Aprel 2026 17:55


Bakı -°C

