"Paşinyan "Vaşinqton görüşü" sözünü niyə dilinə gətirmir?" Ekspert açıqlayır
jpg-1754387513.jpg)
Xəbər verildiyi kimi, ABŞ, Ermənistan və Azərbaycan liderlərinin iştirakı ilə Vaşinqtonda sammit keçiriləcək. Sammitin məqsədi Ermənistan və Azərbaycan liderləri tərəfindən tezliklə sülh sazişin imzalanmasına və Cənubi Qafqazda sülh və sabitliyə töhfə verilməsidir. Amma Ermənistan höküməti hələki bu görüşlə bağlı müzakirələri nə təsdiq edir, nə də təkzib edir.
Ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov bu situasiya ilə bağlı Adalet.az-ın suallarını cavablandırıb:
" Düşünürəm ki, hazırda Ermənistan baş naziri Paşinyanın ABŞ-a gözlənilən səfəri ilə bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatları nə təkzib, nə də təsdiq etməməsinin iki səbəbi ola bilər. 1-ci səbəb kimi müzakirələrin məxfi aparılması, 2-ci səbəb isə Rusiya !
Xatırlayırsınızsa, İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən beş saatlıq görüş keçirildi və çoxlarının mümkünsüz saydığı sülhün əslində əlçatan olduğunu ortaya qoydu.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev açıqlamasında bildirdi ki, Abu-Dabi görüşünün konstruktiv əsasda keçdi və yüksək qiymətləndirildi.
Bəli, bu görüşün digər xarakterik xüsusiyyəti ondan ibarət idi ki, hər hansı bir vasitəçi və üçüncü tərəfin iştirakı yox idi. Hətta bu görüşdən sonra iyulun 12-də İrəvan Qarabağ ermənilərinin bayraq və digər simvollarla yürüş keçirməsini qadağan etmişdi".
Ekspert bildirir ki, məhz Abu Dabi görüşündən sonra Rusiya tərəfinin Azərbaycana və Ermənistana qarşı təhdid və təzyiq siyasəti sistemli xarakter aldı:" Bu görüşdən 2 həftə keçməmiş Kremlin əmri ilə Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 24-də Rusiyanın Altay diyarına səfər etdi. Müəmmalı görüşdən sonra Ermənistan hökuməti “Qarabağa aid rəmzlərin” və “bayraqlar”ın açıq şəkildə istifadəsinə yenidən icazə verdi. Artıq gizlin deyil ki, Paşinyanın Vaşinqton görüşü ilə bağlı açıqlama verməməsi bu işin içində Rusiya xofunun olmasından irəli gəlir. Amma onu deyə bilərəm ki, gec ya tez Paşinyan açıqlama verəcək. Çünki açıqlama vermək məcburiyyətindədir. O zaman bilinəcək ki, Ermənistan iqtidarını ən çox qorxudan kimdir.
Qeyd edək ki, ABŞ, Ermənistan və Azərbaycan liderlərinin iştirakı ilə keçiriləcək sammitlə bağlı bəzi təfərrüatlar məlum olub. Mənbələr bildirir ki, Donald Tramp əvvəlcə Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcək. O, daha sonra Azərbaycan Prezidenti İlham Əliyevlə bir araya gələcək. Bundan sonra üç lider birgə bəyanatla çıxış edəcək.
Əntiqə Rəşid
Digər Xəbərlər

Azərbaycan, Türkmənistan və Özbəkistan üçtərəfli görüşü olub

BU SƏHVİ ETMƏYƏK! - Mir Şahin Ağayev yazır

"Middle East Eye": " Sülh sazişi" yox, "niyyət memorandumu"...

Baş nazir: Azərbaycan və Türkmənistanı qardaşlıq münasibətləri birləşdirir

Rusiyanı ağılla anlamaq mümkün deyil

Zəngəzur dəhlizi və Xəzər düyünü: Yeni geosiyasi mərhələ başlayır - Səxavət Məmməd yazır

Əli Əsədov Kobaxidze ilə görüşdü
