Əli Əsədov Kobaxidze ilə görüşdü

Türkmənbaşı şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov avqustun 5-də Gürcüstanın Baş nazirİ İrakli Kobaxidze ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb.
İrakli Kobaxidze Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyəsindən məmnunluq ifadə olunub, qarşılıqlı faydalı əməkdaşlığın ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, energetika, humanitar və digər istiqamətlərdə genişləndirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib.
Digər Xəbərlər

Azərbaycan, Türkmənistan və Özbəkistan üçtərəfli görüşü olub

BU SƏHVİ ETMƏYƏK! - Mir Şahin Ağayev yazır

"Middle East Eye": " Sülh sazişi" yox, "niyyət memorandumu"...

Baş nazir: Azərbaycan və Türkmənistanı qardaşlıq münasibətləri birləşdirir
jpg-1754387513.jpg)
"Paşinyan "Vaşinqton görüşü" sözünü niyə dilinə gətirmir?" Ekspert açıqlayır

Rusiyanı ağılla anlamaq mümkün deyil

Zəngəzur dəhlizi və Xəzər düyünü: Yeni geosiyasi mərhələ başlayır - Səxavət Məmməd yazır
