adalet.az header logo
  • Bakı -°C
01 Aprel 2026 19:40
93
MƏMLƏKƏT
A- A+

Nəsimi rayonundakı tikinti ilə bağlı iddialara Komitədən CAVAB

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Nəsimi rayonu Ənvər Qasımzadə küçəsi 15 ünvanında aparılan tikinti işləri ilə bağlı yayılan iddialara aydınlıq gətirib.

Adalet.az xəbər verir ki, məlumatda qeyd olunub ki, zirzəmisi olan bir mərtəbəli qeyri-yaşayış obyektinin tikintisinə 13 iyun 2025-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada aidiyyəti dövlət qurumlarının rəyləri əsasında müvafiq icazə verilib və verilən tarixdən həmin icazədə heç bir dəyişikliklər edilməyib: “Daxil olmuş müraciətlər əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən əraziyə yerində baxış keçirilib. Aparılmış yoxlama zamanı təsdiq olunmuş layihədən hər hansı kənarlaşma, o cümlədən əlavə mərtəbənin inşası faktı öz təsdiqini tapmayıb. Hazırda həmin ünvanda aparılan tikinti Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin nəzarəti altındadır. Bunlarla yanaşı qeyd edək ki, tikintiyə verilmiş icazə və layihə barədə ətraflı məlumatlar Tikintilərin Dövlət Reyestrində (e-tikinti.gov.az) hamı üçün açıq şəkildə mövcuddur”.

Xatırladaq ki, ötən gün tanınmış memar Elçin Əliyev sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, həmin ərazidə tikintinin aparılması qanunauyğun deyil. Belə ki, məlumat lövhəsində cəmi 1 mərtəbə göstərilsə də, artıq binanın üçüncü mərtəbəsi tikilir.