Amnistiya aktı 18 mindən çox şəxsə şamil edildi
"Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarı 22 dekabr tarixindən martın 31-dək prokurorluq və məhkəmə orqanları ilə birgə Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri, habelə İstintaq idarəsi üzrə 18 203 şəxs barəsində tətbiq olunub.
Ədliyyə Nazirliyindən Adalet.az-Amnistiya aktı 18 mindən çox şəxsə şamil edildia verilən xəbərə görə, amnistiya tətbiq olunan şəxslərin 5 310-u müəyyən müddətə azadlıqdan məhrumetmə, 10 226-sı isə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalardan azad edilib. Bundan əlavə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 2 648 nəfərin cəzası 6 ay azaldılıb. 19 nəfər isə cinayət məsuliyyətindən azad edilib (ədliyyə orqanlarının istintaq aidiyyəti üzrə).
Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərdən Vətən müharibəsində iştirak etdiyinə görə 20 nəfər və qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatdığına görə 18 nəfər də cəzadan azad edilənlər arasında yer alıb.
Amnistiya tətbiq olunmuş şəxslərdən 1 309-u böyük ictimai təhlükə törətməyən, 15 996-sı az ağır, 898-i ağır cinayətlər törətmiş şəxslərdir.
Ümumilikdə amnistiya tətbiq olunmuş şəxslərdən 17 292-si kişi (onlardan 86-sı yetkinlik yaşına çatmayan şəxslərdir), 911-i qadındır (onlardan 1-i yetkinlik yaşına çatmayan şəxsdir).
Amnistiya aktının icrası davam etdirilir.
Digər Xəbərlər
01 Aprel 2026 17:54
Akademik Əli Abbasov: “Süni intellektin tətbiqi elm və təhsildə keyfiyyətcə yeni mərhələ yaradır”
01 Aprel 2026 15:47
Dövlətçiliyimizin aliliyi təhlükəsizliyin əsas mənbəyidir - ŞƏRH
01 Aprel 2026 15:03
Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunmalıdır
01 Aprel 2026 13:47
Martda 267 tank əleyhinə mina zərərsizləşdirilib
01 Aprel 2026 13:15
Nazir Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTOLAR+VİDEO
01 Aprel 2026 12:58
Azad edilmiş ərazilərdə daha 503 mina aşkarlandı
01 Aprel 2026 12:44
Azərbaycandan çıxışı qadağan edilən 582 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb
01 Aprel 2026 12:35


Bakı -°C

