Piyadalara su sıçradan sürücülər cəzalanacaq - VİDEO
Yağışlı havada sürücülərin sürəti artırması piyadalar üçün ciddi problemə çevrilir.
Adalet.az Xəzər TV-yə istinadla xəbər verir ki, paytaxtın müxtəlif küçələrində yollarda yığılan su avtomobillərin təkərləri vasitəsilə yol kənarında dayanan insanların üzərinə sıçrayır. Bu isə həm narazılıq yaradır, həm də təhlükəsizlik baxımından risk hesab olunur.
Çəkiliş zamanı müşahidə olunub ki, bəzi sürücülər bu qaydalara əməl etmirlər. Hətta reportaj hazırlanarkən çəkiliş heyəti də belə hallardan zərər çəkib.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə yağışlı havada daha diqqətli olmağı tövsiyə edir. Bildirilir ki, piyadaların təhlükəsizliyi bütün hərəkət iştirakçıları tərəfindən mütləq nəzərə alınmalıdır.
Qeyd edək ki, belə hallara yol verən sürücülər aşkar edildikdə İnzibati Xətalar Məcəlləsinin 342.1.5-ci maddəsinə əsasən, su və ya palçığın yolda piyadalara, binalara və ya nəqliyyat vasitələrinə qəsdən sıçradılmasına görə 40 manat məbləğində cərimə tətbiq olunur.
Digər Xəbərlər
01 Aprel 2026 19:40
Nəsimi rayonundakı tikinti ilə bağlı iddialara Komitədən CAVAB
31 Mart 2026 17:40
Dəmiryol vağzallarında elektron siqaretlərdən istifadə edənlər cərimələnəcək
31 Mart 2026 17:35
Sabahdan balıq ovu qadağan edilir
31 Mart 2026 14:51
Bayram günlərində 200 000-dən çox sərnişin daşınıb
31 Mart 2026 11:53
Əmək müqaviləsi olanların 55 faizi Bakıda işləyir
31 Mart 2026 11:03
Qəbir yerləri sakinlərə pulla satılır? - İDDİA
31 Mart 2026 09:51
Bəzi dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA
30 Mart 2026 13:16


Bakı -°C

