"Moskva ilə münasibətləri pozmaq niyyətimiz yoxdur" - Paşinyan

Ermənistanla Rusiya arasında münasibətlər qarşılıqlı maraqlara əsaslanır; İrəvan Moskva ilə münasibətləri gərginləşdirmək və ya pozmaq niyyətində deyil.
Adalet.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Tallinndə estoniyalı həmkarı Kristen Mixal ilə mətbuat konfransında deyib.
"Ermənistanla Rusiya arasında münasibətlər qarşılıqlı maraqlar üzərində qurulub və belə olacaq. Amma mən çox açıq demək istəyirəm ki, Ermənistanda da, fikrimcə, çox vaxt reallığı düzgün əks etdirməyən ifadələr olur. Bizim Rusiya ilə münasibətləri kəskinləşdirmək, pozmaq və ya korlamaq niyyətimiz yoxdur. Biz bütün beynəlxalq tərəfdaşlarla yaxşı münasibətlər qurmaq istəyirik", - deyə Paşinyan qeyd edib.
Digər Xəbərlər

Türkiyənin Orta Doğu Stratejisi: Suriya və İran ilə Yeni Dövr
jpg-1746175246.jpg)
Allah hər itin duasını eşitsəydi, göydən sümük yağardı:Coel Tenninin yalvarışları
jpg-1746169745.jpg)
ABŞ Rusiyanın 80 illik qələbəsinə şərik çıxır?:Tramp "Qələbə günü" addımı
