01 Oktyabr 2025 20:28
301
DÜNYA

Meloni: Geosiyasi böhranlar qarşısında soyuqqanlılıq və məsuliyyət lazımdır

Rusiyanın artan təxribatları iki məqsədə xidmət edir: Avropa ölkələrinin Ukraynaya əlavə hava hücumundan müdafiə sistemləri göndərməsinin qarşısını almaq və Moskvanın elan etdiyi yay hücumunun uğursuzluğundan diqqəti yayındırmaq.

Adalet.az-ın məlumatına görə, bunu İtaliyanın Baş naziri Giorgia Meloni Kopenhagendə jurnalistlərə deyib.

"Biz hamıya yaxşı məlum olan davamlı təxribatlarla üzləşirik", - deyə o, balanslı yanaşmaya çağırıb.

Onun fikrincə, bu təxribatlara cavab verilməməlidir, lakin hazır vəziyyətdə olmaq vacibdir.

"Alyansın sərhədlərinin kifayət qədər geniş olduğunu xatırlamaq vacibdir. Əgər diqqətimizi yalnız şərq cinahına cəmləmək və məsələn, cənub cinahını unutmaq kimi səhvə yol versək, həlledici nəticələr əldə edə bilməmək riskimiz var", - İtaliyanın Baş naziri bildirib.

Yaxın Şərqə gəlincə, Meloni ABŞ Prezidenti Donald Trampın "Ərəb və Avropa ölkələrindən, xüsusən də Hindistandan geniş bəyənmə" almış Qəzza sülh planına Avropa dəstəyinin vacibliyini vurğulayıb./report