İran və Azərbaycan arasında 160-cı sərhəd görüşü keçirilib

İran və Azərbaycan arasında növbəti sərhəd görüşü baş tutub. Son bir il ərzində 160 belə görüş keçirilib.
Adalet.az "Azad İran"a istinadən xəbər verir ki, bunu Parsabad sərhəd bölüyünün komandiri Zəfər Müniri bildirib.
Onun sözlərinə görə, bu görüşlər əsasən sərhəd təhlükəsizliyinin artırılması, sərhədyanı ərazilərdə baş verən problemlərin həlli və ikitərəfli əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyır.
Sərhəd komandiri bildirib ki, İranın Polis Komandanlığının (FƏRACA) xüsusi qurumu sərhəd hərəkətlərinin monitorinqi, əməliyyatların koordinasiyası, sərhəd qanunvericiliyinin icrası və diplomatik tədbirlərin həyata keçirilməsi ilə məşğuldur.
O qeyd edib ki, bu həftə ərzində Parsabad, Biləsuvar və Aslanduz bölgələrində 50 xüsusi sərhəd təhlükəsizlik proqramı həyata keçiriləcək.
Digər Xəbərlər

Zəngəzur dəhlizi BTQ ilə birgə tranzit imkanlarını artıracaq - ADY sədri

Bakı Təhlükəsizlik Forumu qlobal təhlükəsizlik müzakirələrin məkanına çevrilir - "Euronews"un videoreportajı

Paytaxtın bu ərazisində su olmayacaq - XƏBƏRDARLIQ

Prokurorluğun yaradılmasının 107-ci ildönümü münasibətilə tədbir keçirildi - FOTOLAR

İlham Əliyev xanımı və İtaliya Prezidenti ilə açılışda - FOTOLAR + YENİLƏNİB

Deputatın həyat yoldaşına yeni vəzifə verildi

“İçimizdə bir hiss bizi savaşmağa vadar edirdi...” – Vətən müharibəsi qəhrəmanı
