01 Oktyabr 2025 19:02
269
DÜNYA

"2022-ci ildə Ermənistan həqiqətən müstəqil oldu" - Paşinyan

“2022-ci ildə biz anlayanda ki, KTMT bizim qarşısında öhdəliklərini yerinə yetirməyib, yerinə yetirmir və yerinə yetirməyəcək, o an müstəqil olduq, çünki başa düşdük ki, biz ancaq özümüzə arxalana bilərik”.

Adalet.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı deyib.

"Biz başa düşdük ki, guya sizin qurduğunuz təhlükəsizlik sistemi saxtadır. Bu, dövlətimizin inkişafına mane olmaq üçün bir vasitədən başqa bir şey deyildi", - erməni baş nazir parlamentin müxalifətdəki "Ermənistan" fraksiyasının üzvü Armen Xaçatryana müraciət edərək deyib.