Məktəblərdə qış tətili başlayır
Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayacaq.
Adalet.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” müvafiq qərarına əsasən, ümumi təhsil müəssisələrində 2025–2026-cı tədris ili üzrə qış tətili yanvarın 27-dən başlayacaq. Tətil 27-31 yanvar tarixlərini əhatə edəcək və 5 gün davam edəcək.
Qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.
Qeyd edək ki, 5 günlük və 6 günlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tətildən sonrakı ilk dərs günü 2 fevral 2026-cı il tarixidir.
Digər Xəbərlər
03 Aprel 2026 10:10
Dövlət qulluqçusu olmaq istəyən 1227 nəfər imtahan verəcək
02 Aprel 2026 18:20
Qənirə Paşayeva adına mükafat bu dəfə Bakı Slavyan Universitetində... - FOTOLAR
02 Aprel 2026 16:13
Bağça müəllimlərinin yerdəyişməsi müsabiqəsi başlayır
02 Aprel 2026 15:20


Bakı -°C

