Mahmudçalada balıqların kütləvi ölümünün səbəbi açıqlanıb - YENİLƏNİB - RƏSMİ

Biləsuvar rayonunda yerləşən Mahmudçala Ovçuluq Təsərrüfatında balıqların kütləvi tələfatına səbəb Salyan-Muğan ötürücü kollektoru qarşısında yerləşən bəndin açılması olub.
Adalet.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Belə ki, bu səbəbdən kollektorun suyunun Xəzər dənizinə axıdılması bərpa olunub.
"Nəticədə Mahmudçala ovçuluq təsərrüfatı ilə kollektor arasında su səviyyəsində yaranan fərqə görə kollektor istiqamətinə suyun geri axını baş verir. Bu proses zamanı su ilə birlikdə bəzi balıqların da kollektor istiqamətində hərəkət etməsi və qismən tələf olması halları müşahidə edilə bilər", - məlumatda vurğulanıb.
***
13:20
Biləsuvar rayonunda yerləşən Mahmudçala ovçuluq təsərrüfatında balıqların kütləvi tələfatı qeydə alınıb.
Adalet.az Report-a istinadən xəbər verir ki, bu barədə yerli sakinlər məlumat verib.
Onların sözlərinə görə, bir neçə gündür ki, sözügedən təsərrüfat ərazisində suyun səviyyəsinin kəskin azalması balıqların kütləvi tələfatına səbəb olub.
Digər Xəbərlər

Tülküləri qəfəsdə saxlayan “Yolüstü” restoranının sahibi cəzalandırılacaq
jpg-1755084030.jpg)
200 zəvvar "şeytan daşlamaq"a gedirmiş, "Şeytan" onları Tbilisidə azdırıb qaçıb

Bəzi yerlərə leysan yağıb - FAKTİKİ HAVA

Avtobus idarə edəcək qadın sürücülər hazırlanır

Qadağan olunmuş 100 tona yaxın pestisid zərərsizləşdirildi

“Asma körpü” istirahət mərkəzinin fəaliyyəti dayandırıldı - VİDEO

İki təkərli nəqliyyat vasitələrinə qarşı mübarizə gücləndirilib...
