“Asma körpü” istirahət mərkəzinin fəaliyyəti dayandırıldı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli istirahət mərkəzinin fəaliyyətini dayandırıb.
FHN-in Mətbuat xidmətindən Adalet.az-a verilən xəbərə görə, Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Quba rayonu, Qəçrəş kəndində yerləşən “Asma körpü” istirahət mərkəzində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki;
- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;
- obyektin mətbəxində sıxılmış və mayeləşdirilmiş propan qaz balonundan istifadə olunur;
- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik naqillərinin izolyasiyasının gərginliyinə qarşı müqavimətinin yoxlanılması barədə akt tərtib edilməyib;
- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib;
- taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;
- obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb;
- obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “Asma körpü” istirahət mərkəzinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.
Digər Xəbərlər

Tülküləri qəfəsdə saxlayan “Yolüstü” restoranının sahibi cəzalandırılacaq
jpg-1755084030.jpg)
200 zəvvar "şeytan daşlamaq"a gedirmiş, "Şeytan" onları Tbilisidə azdırıb qaçıb

Bəzi yerlərə leysan yağıb - FAKTİKİ HAVA

Avtobus idarə edəcək qadın sürücülər hazırlanır

Qadağan olunmuş 100 tona yaxın pestisid zərərsizləşdirildi

Mahmudçalada balıqların kütləvi ölümünün səbəbi açıqlanıb - YENİLƏNİB - RƏSMİ

İki təkərli nəqliyyat vasitələrinə qarşı mübarizə gücləndirilib...
