Tülküləri qəfəsdə saxlayan “Yolüstü” restoranının sahibi cəzalandırılacaq

Ələt-Astara magistral avtomobil yolunun kənarında fəaliyyət göstərən “Yolüstü” restoranının ərazisində qəfəsdə saxlanılan tülkülər təbiətə buraxılıb.
Adalet.az xəbər evrir kİ, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov məlumat verib. Onun sözlərinə görə, Dövlət Xidmətinin əməkdaşları tülkülərin qəfəsdə saxlanılması ilə bağlı sosial şəbəkədə yayılan görüntüləri yerində araşdırıb:
“Əraziyə keçirilən baxış zamanı vəhşi heyvanların qəfəsdə olmadığı müəyyənləşib. Restoran sahibi qeyd edib ki, görüntülər sosial şəbəkədə yayıldıqdan sonra tülkülər qəfəsdən çıxarılaraq təbiətə buraxılıb. Tülküləri qəfəsdə qanunsuz saxladığına görə restoranın sahibi barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq akt və protokol tərtib edilərək qanunamüvafiq tədbir görüləcək”.
Digər Xəbərlər

Tarixin canlandığı, gələcəyin qurulduğu ocaq - Bəylik kəndi - VİDEO

Fəaliyyətini qanunsuz bərpa edən "zapravka" yenidən bağlandı - VİDEO

Bəzi yerlərdə leysan yağıb - FAKTİKİ HAVA
jpg-1755084030.jpg)